Slimfit
  1. DÜNYA

Çində uyğur zülmü davam edir - Düşərgə, yoxsa həbsxana?

Çində uyğur zülmü davam edir - Düşərgə, yoxsa həbsxana?
Sakura

Çində uyğur zülmü davam edir - Düşərgə, yoxsa həbsxana?

Çinin cənubunda Sincan Uyğur Özərk bölgəsində təxminən 1 milyon müsəlman uyğur türkünün yaşadığı və Çin kommunist rejimi tərəfindən “təhsil düşərgəsi”ndə saxlanılır.

Yenicag.az xəbər verir ki, bu düşərgələrdə namaz qılmaq qadağan olmaqla bərabər, şagirdlər 10 nəfərlik kazarmalarda qalır.

BBC xüsusi icazə ilə həmin düşərgəyə daxil olub, düşərgədən önəmli videolar ərsəyə gətirib.

Videolardan da bəlli olduğu kimi “düşərgə” adı verilmiş bu saxlanılma yerləri bir növ həbsxananı xatırladır.

Vurğulamaq lazımdır ki, çin mərkəzi hakimiyyəti bu düşərgələrin varlığını uzun müddət rədd edirdi. İndi yayılan görüntülər təsdiq edir ki, “radikallıqla mübarizə” adı altında yaradılmış bu düşərgələrdə namaz qılmaq qadağan edilmiş, şağirdlər isə 10 nəfərlik kazarmalarda saxlanılır.

Düşərgələri yaradan səlahiyyətlilər isə, “Biz onların arzuladıqları təhsili veririk” şəklində bildirib.

Qeyd edək ki, təxminən 1 milyard 385 milyon əhalisi olan Çin nüfuzunun 18 faizini buddistlər, 5 faizini xristianlar və 1.8 faizini isə müsəlmanlar təşkil edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR