Çinin Şanxay şəhərinin ətraf bölgəsində, tərk edilmiş karxananın yerində tikintisinə 12 il əvvəl başlanılan…
Çinin Şanxay şəhərinin ətraf bölgəsində, tərk edilmiş karxananın yerində tikintisinə 12 il əvvəl başlanılan yeni lüks hotel açılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, layihənin unikallığı binanın yerin altında, aşağı mərtəbələrin isə suda olmasındadır.
İdman-əyləncə kurortu kimi nəzərdə tutulan "InterContinental Shanghai Wonderland" hoteli qayanın bir hissəsi kimi görünür və 88 metrə qədər dərinliyə gedir. 336 nömrəli hotelin 16 mərtəbəsindən ikisi sudadır. Məhz elə bu mərtəbələrdəki otaqların qiyməti ən bahadır: müştərilər çarpayıda uzanaraq özünü akvariumda hiss edə bilərlər.
Tikilinin ümumi sahəsi 61 min kvadrat metrdən çoxdur. Hotel şəhər mərkəzindən avtomobillə bir saatlıq məsafədə yerləşir.
Hoteldə qalmaq istəyənlər ən azı 3394 yuan (təxminən, 490 dollar) ödəməlidirlər. Qiymətlər məhz bu səviyyədən başlayır.
Hazırda hoteldə yalnız xüsusi dəvətlə qalmaq olar. Noyabrın 20-dən etibarən isə məskunlaşma hamı üçün açıq olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət