Slimfit
  1. DÜNYA

Çində nəhəng külək generatoru hazırlanıb

Çində nəhəng külək generatoru hazırlanıb
Sakura

Çində nəhəng külək generatoru hazırlanıb

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb.

Trend-in məlumatına görə, "H210-10MW" dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin "Haizhuang Windpower" şirkəti tərəfindən hazırlanıb və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

"Haizhuang Windpower" şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir "H210-10MW" aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Bu isə ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR