Dərc edildi: Baxış sayı: 522
Çində müsəlmanlara “halal” sözü qadağan edildi
Çinin paytaxtı Pekində müsəlmanlara aid restoran və mağazalara islam simvollarının yerləşdirilməsi qadağan edilib.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, müsəlman restoranlarında özəlliklə ərəb dilində “halal” sözünün yazılışı qadağan edilib. Agentliyə danışan restoran menecerləri Pekin administrasiyasının əməkdaşlarının bu addımı ölkədə xarici mədəniyyətin yayılmasına imkan verməmək üçün atdıqlarını deyiblər.
Qeyd edək ki, Çində dinlərə, xüsusilə də islam və xristianlığa qarşı güclü təzyiqlər mövcuddur. Vəziyyət o həddə çatıb ki, hətta ölkədə məscidlərin günbəzlərinin Çin mədəniyyətinə uyğun formada tikilməsi ilə bağlı hökumət müsəlmanlara təzyiqlər edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət