Çində Land Rover Discovery avtomobilinin ucuz variantını hazırladılar
Avtomobil 107 at gücünə malik 1.5 litr benzinlə işləyən mühərriklə təchiz olunub. Çin istehsalçısı Changan məhsullarının satışı Çindən başlanıb. Bu barədə yerli KİV xəbər verib.
Changan X70A bahalı Land Rover Discovery tərzində hazırlanıb. Onlar praktik olaraq bir-birindən seçilmir. Ancaq qiymətlə. Çin versiyası təxminən 13 min manatdır.
Avtomobil 1.5 litrlik benzin mühərriki ilə təchiz olunub. Onun günü 107 at gücüdür. O beş pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.
Avadanlıqlar siyahısında 10.1 sensor ekranlı və Baidu Carlife dəstəkli multimedia və naviqasiya sistemi, həmçinin təkərlərin təzyiqinə nəzarət sistemi mövcuddur.
Qeyd olunur ki, Land Rover Discovery çin versiyasından 6 dəfə bahadır.
Tərcümə: Famil Ələkbərov
Mənbə: Life.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət