Slimfit
  1. DÜNYA

Çində koronavirusu bu metdodla müalicə etdilər - 90 faiz müsbət nəticə

Çində koronavirusu bu metdodla müalicə etdilər - 90 faiz müsbət nəticə
Sakura

Çində koronavirusu bu metdodla müalicə etdilər - 90 faiz müsbət nəticə

Ənənəvi Çin təbabəti COVID-19 adı verilən yeni növ koronavirusun müalicəsində effektiv olduğunu sübuta yetirdi.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurasının ənənəvi Çin təbabəti üzrə iş şöbəsinin rəhbəri Yuy Yanxun bildirib.

Onun sözlərinə görə, iki dərman özünü daha yaxşı sübuta yetirib. Bunlar 13 növ çiçəkdən və otlardan hazırlanan həblərdir. Onlar hərarəti aşağı salır, öskürəyi yüngülləşdirir, sətəlcəmə kömək edir və ümumi tonik təsir göstərir.

Onlardan əsasən, COVID-19-un yüngül simptomları olan xəstələrin müalicəsində istifadə edilib. Bu dərman italiyalı həkimlər tərəfindən etiraf olunub – artıq bu həblərin 100 min qutusu koronavirus pandemiyası ilə mübarizə üçün İtaliyaya göndərilib, daha 100 mini yaxın vaxtlarda göndəriləcək.

Ağır xəstələr isə beş dərman bitkisinin ekstraktından hazırlanan iynələrin vurulması yolu ilə müalicə edilib. O, sepsis zamanı kömək edir, yüksək temperaturda həddindən artıq qan laxtalanmasının qarşısını alır və iltihab əleyhinə yaxşı təsir göstərir.

Çində koronavirusa yoluxanların 91,5%-i ənənəvi Çin təbabətindən istifadə edilərək müalicə edilib. Bu metod 90% hallarda müsbət nəticə verib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR