Dərc edildi: Baxış sayı: 521
Çində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb
Vəziyyəti ağır olsa da, virus əleyhinə müalicə üsullarından sonra sağalıb...
Çinin Hubey əyalətinin Uhan şəhərində COVID-19-a yoluxmuş 100 yaşlı kişi xəstəlikdən sağalıb.
İnterAz “TASS”a istinadən xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Uzunömürlü kişinin Çinin ən yaşlı koronavirus xəstəsi olduğu bildirilir. Qeyd olunub ki, kişi ötən ay, fevralın 24-də xəstəxanaya çatdırılıb.
Vəziyyəti ağır olsa da, virus əleyhinə müalicə üsullarından sonra sağalıb.
Müalicə zamanı yalnız standart antiviral terapiya deyil, həm də ənənəvi Çin dərmanı və plazmanın köçürülməsi metodikasından istifadə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət