Slimfit
  1. GÜNDƏM

Çində korona virus epidemiyanın ehtimal olunan pik həddi müəyyənləşib

Çində korona virus epidemiyanın ehtimal olunan pik həddi müəyyənləşib
Sakura

Alimlər Çində korona virus epidemiyanın ehtimal olunan pik həddini müəyyənləşdiriblər

Ens.az xəbər verir ki, alimlərin hesablamasına görə, fevralın ortalarına qədər Çinin Vuhan şəhərində korona virusuna yoluxanların sayı 500 min nəfər olacaq.

Çin rəsmi orqanları tərəfindən yeni növ koronavirusa yoluxanların rəsmi sayının xeyli az göstərildiyi güman olunur. Bloomberg-in yazdığlna görə, bu qənaətə London Gigiyena və Tropik Tibb Məktəbinin Yoluxucu Xəstəliklərin Riyazi Modelləşdirilməsi Mərkəzinin əməkdaşları gəliblər.

Nəticəsi Mərkəzin saytında dərc edilən araşdırmada elm adamları aşağıdakı məlumatlardan istifadə ediblər - inkubasiya dövrü (5.2 gün), ilk simptomların başlanmasından xəstəxanaya yerləşdirilməyə qədərki vaxt (2.9 gün), diaqnoz qoyulan dövr (6.1 gün), xəstə sayının günlük çoxalması (üstəgəl 3300 nəfər) virusun episentrində yaşayanların sayı (11 milyon) və s.

2019-nCoV üçün əsas çoxalma sürətinin (virusun bir daşıyıcısına yoluxa bilən insanların orta sayı) orta intervalı üçün, 23 yanvarda karantin tətbiq olunmazdan əvvəl, 1.6-3.1 götürülüb.

"Mövcud tendensiyaların davam etdiyini fərz etsək, fevralın ortalarına qədər Vuhan-da yoluxma dövrünün pik həddini proqnozlaşdırırıq" - Yoluxucu xəstəliklərin epidemiologiyası kafedrasının dosenti Adam Kuçarski bildirib.

"Böyük bir qeyri-müəyyənlik olduğuna görə pik həddi dəqiq deməyə ehtiyat edirəm, ancaq mövcud məlumatlara əsasən, xəstəliyin pik həddə yayılması beş faizdən çoxdur."

Çində, virusla bağlı lk xəbərdarlıq edən həkim ölüb..

Doktor Li Venlianq yalan məlumat yaymaqda və ictimai qaydanı pozmaqda günahlandırılırdı.

Beləliklə, riyazi modelə görə, önümüzdəki həftələrdə Vuhan epidemiyası öz pik nöqtəsinə çatacaq və 500 min insan yoluxacaq (yalnız bu şəhərdə, dünyada digər xəstələri saymasaq).

Qeyd edək ki, Çinin Hubei əyalətinin Vuhan şəhərində ötən ilin dekabrında naməlum sətəlcəm xəstəliyi aşkar olunub.

Çin höküməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməyən yeni bir korono virus səbəbindən baş verdiyini bildirib

9 Fevral axşam saatlarına olan rəsmi məlumatlara görə, virusdan dünyasını dəyişənlərin sayı 813 nəfər, xəstələrin ümumi sayı 37.566 nəfər olub. Yoluxanlardan 2.152 xəstənin sağaldığı, qeyd olunub.

Hazırki virusun qurbanlarının sayı artıq SARS epidemiyası ilə müqayisədə çoxdur: 2002-ci ilin noyabrından 2003-cü ilin iyun ayına qədər həmin virusdan 774 nəfər ölmüşdü.

Beləliklə, tədqiqat müəllifləri bu qənaətdədirlər ki, həqiqi rəqəmlər bir neçə dəfə azaldıldıla bilər - ola bilsin ki, heç qəsdən yox. Çəsələ bundadır ki, xəstəlik ilkin mərhələdə kəskin respirator virus infeksiyalarına bənzəyə bilər, buna görə bütün yoluxmuş insanları müəyyən etmək hələ mümkün olmasın.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının məlumatları da təsdiqləyir: onların sözlərinə görə, ilk 17 min hadisənin 82 faizində xəstəlik yüngül, 15 faizində - ciddi formada özünü göstərib və yalnız xəstələrin digər üç faizinin vəziyyəti ağır olub. Bəzi xəstələrdə inkubasiya dövrü 14 gün çəkib və aşkar simptomları olmayıb, ancaq virusu ötürə və digərlərinə yoluxdura bilib.

Vuhan Beynəlxalq Sərgi Mərkəzi yüngül simptomları olan xəstələri qəbul etmək üçün xəstəxanaya çevrildi, 5 Fevral 2020

London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçılarının rəyi ilə Bazel Universitetindən (İsveçrə) Manuel Batteqay da razıdır: "Vuhandakı yoluxma hallarının əsl sayı düzgün qiymətləndirməmiş ola bilər. Xüsusilə qrip mövsümü olduğu üçün yəqin ki, yüngül və simptomları görsənməyən mülayim forması virusa yoluanların əsas kütləsini təşkil edir.

Vuhandakı tibb müəssisələri xəstələri qəbul etmək həddini artıq doldurduqlarını nızərə alsaq virusun yüngül, eləcə də asimptomatik formalarının bütün hallarda aşkarlanmaması xəstəliyin daha da yayılmasına səbəb ola bilər".

Qeyd edək ki, Hong Kong Universitetinin alimləri əvvəlcədən bu xəstəliyə yoluxanların sayının daha çox olduğunu yazmışdılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR