Slimfit
  1. İQTİSADİYYAT

Çində ilk dəfə yeni daşıyıcı raket istifadə edilib

Çində ilk dəfə yeni daşıyıcı raket istifadə edilib
Sakura

Çində ilk dəfə yeni daşıyıcı raket istifadə edilib

Çində ilk dəfə yeni bərk yanacaqlı “Jielonq-1” daşıyıcı raket vasitəsilə üç ədəd kommersiya peyki orbitə göndərilib.

Report” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elmi Texnoloji Korporasiyası (CASC) məlumat yayıb. 

Bildirilib ki, raket Qansu əyalətindəki Jiunkuan kosmik uçuş mərkəzindən uçurulub. 

Uzunluğu 19,5 metr, diametri 1,2 metr, çəkisi 23 tondan artıq olan yeni raketin Çində bərk yanacaqla işləyən ən yüngül və səmərəli daşıyıcı vasitə olduğu vurğulanıb.

Orbitə çıxarılan peyklərdən biri məsafəli zondaj və dar zolaqda siqnal ötürmə, ikincisi okean və meşələrin müşahidəsi və kənd təsərrüfatı üçün məlumatlar ötürmək, üçüncüsü də internet of things - əşya interneti sahəsində xidmətlər göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, son illər orbitə müxtəlif məqsədli xeyli sayda peyklər çıxaran, Ayda tədqiqatlar üçün texnologiyalar hazırlayan Çin bununla yanaşı 2020-2025-ci illərdə Marsda ciddi tədqiqatlar aparmağı hədəfləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR