Slimfit
  1. TEXNOLOGİYA

Çində havanı təmizləmək üçün qüllə tikdilər

Çində havanı təmizləmək üçün qüllə tikdilər
Sakura

Çində havanı təmizləmək üçün qüllə tikdilər

Məlumdur ki, Çində əsas problemlərdən biri havanın çirklənməsidir. Bu problemi qısa zamanda həll etmək mümkün deyil, çünki bunun səbəbi ölkə ərazisində yerləşən müəssisələrin sayıdır. Çünki onların heç də hamısı ekoloji normalara uyğun gəlmir. Həmçinin onların sayı son onillikdə artıb, buna görə də Çin sadəcə bu vəziyyəti həll etmək imkanına malik deyil.

Lakin ağır istehsalın ölkə kənarına çıxarılması proqramından başqa Çində fərqli üsul fikirləşiblər. Onlar siklopik hava təmizləyiciləri tikmək qərarına gəliblər. Binanın ölçüləri heyrətamizdir. Polad və betondan olan silindr yerdən 100m hündürlükdədir.

Sınaq binasını Sian şəhərində tikiblər. Alimlərin fikrincə belə həll işləkdir. Fəaliyyətə başlayandan sonra bir neçə ay ərzində 10 km2 ərazisində şəhərdə hava bir az təmizlənib. Əsasən havada olan kiçik PM2.5 hissəciklər 15% azalıb. Qüllə sutka ərzində özündən 10 milyon m3 hava keçirmək qabiliyyətinə malikdir.

Onun iş prinsipi çox sadədir. Ətrafdakı hava qülləni və futbol sahəsinin yarısı böyüklükdə sahəni əhatə edən xüsusi istixanalara sovrulur. Şüşə panellərlə örtülən istixanalarda hava günəş istiliyi ilə qızdırlır, yuxarı qalxır və filtrlərdən keçir.

Sınaq hələ də davam etdirilir. Alimlər qrupu mart ayında tam hesabat dərc edəcəklər. Ola bilsin ki, bundan sonra dövlət digər yerlərdə də belə tikililər inşa edəcək. Bununla yanaşı qeyd etmək lazımdır ki, belə təmizləyicilər təkcə sınaq üçün deyil, hətta alimlərin nəticədə tikəcəklərinin kiçik variantıdır. Tam həcmli tikili 500m hündürlüyə və 220m diametrə malik olacaq. Bu zaman istixana sahəsi 30km2 ərazini əhatə edəcək, bu da bir şəhərin havasını təmizləməyə kifayət edəcək.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Bigmir.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR