Dərc edildi: Baxış sayı: 490
Çində dünyanın ən yüksək elektrik qülləsi inşa edilir
Çində dünyanın ən yüksək elektrik qülləsi inşa edilir. 380 m. yüksəklikdəki qüllədən keçən elektrik xətti ildə 66 milyard kilovatlıq ötürmə qabiliyyətinə malikdir.
FaktXeber.com-un məlumatına görə, dünyanın ən müasir texnologiyaları ilə hazırlanan qüllə Zhousan şəhərində tikilir.
Çinin şimal-qərbindən başlayan elektrik xətti 3293 km məsafə qət edərək Şərqi Çinə qədər uzanır.
Layihə sayəsində Çində kömür daşınmasının ildə 30,24 mln. ton azalması gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət