Dərc edildi: Baxış sayı: 527
Çində dünyanın ən uzun dəniz körpüsü açılıb
Çin Xalq Respublikasının başçısı Si Tszinpinqin iştirakı ilə Honkonqu Çinin materik hissəsi ilə birləşdirən körpünün təntənəli açılışı olub.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, 55 kilometrlik körpü dünyada ən uzun dəniz körpüsü sayılır. Açılış mərasimi Quandun əyalətinin cənub sahillərindəki Çjuhay şəhərində keçirilib.
Tikinti Çin hökumətinə 20 milyard dollara başa gəlib və təxminən, 9 il vaxt aparıb. Dörd yüz min ton poladdan iistifadə edilən konstruksiya 8 ballıq zəlzələyə, ən güclü tayfuna və yük gəmiləri ilə toqquşmaya dözümlüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət