Slimfit
  1. DÜNYA

Çində bir kəndin minlərlə sakinini UNO oğurladı

Çində bir kəndin minlərlə sakinini UNO oğurladı
Sakura

Çində bir kəndin minlərlə sakinini UNO oğurladı

Çinin Şensi vilayətində 1987-ci ildə baş verən hadisənin təfərrüatı üzə çıxıb.

 “Ölkə.Az” xəbər verir ki, ərazidə olan kəndin sakinləri bir gecədə yoxa çıxıblar. Maraqlıdır ki, bu kəndin adı heç yerdə qeyd edilmir və bu barədə xəbər yazmaq, süjet hazırlamaq qadağan edilib. Amma bu yaxınlarda məsələ yenə üzə çıxıb və sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

Kəndin bütün sakinləri bir gecədə yoxa çıxıblar. Mindən çox sakini olan kəndin eyni zamanda ev heyvanları da yoxa çıxıb. Bununla yanaşı, insanların bütün əşyaları olduğu kimi qalıb. Qəribədir ki, insanların yoxa çıxmasından bir həftə əvvəl ərazi yaxınlığında səmada klassik disk formalı UNO və alovlar görünüb.

Qonşu kəndlərdən birində yaşayan yerli sakin qeyd edir ki, səmada kəndin üzərinə enən nəhəng obyekt görüb. Bu obyekt peyda olduqdan sonra hava tutqunlaşdı. Sonra isə obyekt bənövşəyi şüa və güclü səs buraxaraq şimala doğru uçub.

Başqa bir şahid isə bildirib ki, daşlı ərazidə ilanları az-az görmək olardı. Amma sakinlərin yoxa çıxmasına az qalmış hər addımbaşı ilanlar görünüb.

Çinin “NTDTV” kanalı məsələsini araşdırmaq istəyib. Kanalın xəbərinə əsasən, hərbçilər arasında bu hadisə “Gecə pişikləri ilə bağlı insident” adlandırılır.

İnsanlar yoxa çıxdıqdan sonra əsgərlərlə dolu maşınlar kəndə gedən yolda görünüblər. Onlar bütün çıxışları tutublar və heç kəsi əraziyə buraxmayıblar. Bir versiyaya görə, kənd sakinlərini məzh hərbçilər maşınlarla gizli şəkildə harasa aparıblar. Amma təxliyənin səbəbi bilinmir. Eyni zamanda kanalın rəhbərliyinə sonradan bu məsələni araşdırmamaq tapşırığı gəlir.

Başqa bir versiyaya görə, kəndin yanındakı dağda gizli hərbi baza olub. Kənd sakinlərini də bu məqsədlə ərazidən təxliyə ediblər...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR