Dərc edildi: Baxış sayı: 467
Çində 400 illik daş lövhə tapıldı
Çinin şimalında Ming xanədanlığı (1384-1644) dövrünə qədər gedib çıxan, ən az 400 illik olduğu düşünülən bir daş lövhə tapılıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, tapılan lövhənin imperator Van Linin (1563-1620) hökmranlığı dövründə hazırlandığı güman edilir.
Kub formasındakı lövhənin uzunluğu 277 santimetr, genişliyi 90 santimetr, qalınlığı isə 30 santimetrdir. Lövhənin üzərində ehtiyac sahiblərinə lapa (düyü) verməyi tövsiyyə edən bir mətin var idi.
Bölgənin Mədəni Miras İdarəsi Rəhbəri Sui Lişiaya görə lövhə arxeoloji qazıntı işləri üçün əhəmiyyətli materiallar təqdim edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət