Çinar yarpağının bu faydalarını heç bilirdiniz?
Çinar ölkəmizin hər yerində yetişən uzun ömürlü və dayanıqlı olması ilə tanınan geniş yarpaqlı ağac növüdür. Uzun illərdir ki, onun gövdəsindən mebel istehsalında istifadə edilir.
“Gencaile.az” Türkiyə mətbuata istinadən xəbər verir ki, son illərdə aparılan araşdırmalarda çinar ağacı yarpaqlarının insan sağlamlığı üçün faydalı olduğu üzə çıxıb.
Tanınmış loğman, profesor İbrahim Saraçoğlunun sözlərinə görə, çinar yarpağı revmatizm, osteoartrit xəstəliyi (xalq arasında oynaqların daşlaşması) və depressiya başda olmaqla, bir çox xəstəliyin müalicəsində istifadə edilir.
Çinar yarpağı nəyə faydalıdır?
Çinar ağacı yarpağı hüceyrə yeniləyici xüsusiyyəti sayəsində yanıq müalicəsində istifadə edilir.
Yel ağrılarına yaxşı təsir edir.
Oynaqların daşlaşmasına qarşı effektlidir.
Saç dərisini yaxşılaşdıraraq kəpək yaranmasının qarşısını alır və saç diblərini gücləndirir.
Sədəf xəstəliyini müalicə edir.
Bədəndə şiş əmələ gəlməsini azaldır.
Anti-depresant xüsusiyyətlər ehtiva edir.
Diş ağrılarını azaldır, həmçinin diş əti müalicəsində də istifadə olunur.
Qrıja müalicəsində təsirlidir.
Vaginal axıntıları aradan qaldırır.
Hansı növ çinar yarpağı istifadə edilir?
Çinar ağacının bir neçə növü var. Osteoartrit xəstəliyi və revmatizm müalicəsi üçün yarpaqların çökük olmasına fikir verin. Yarpaqlar daraq şəklində, 5 hissəli olmalıdır. Bundan başqa, yerə düşən çinar yarpaqlarına üstünlük verməyin. Çünki torpağa düşən çinar ağacı yarpaqlarının üzərində göbələk əmələ gələ bilər. Bu da yarpağı yararsız hala gətirir. Yetişmiş çinar ağacı yarpaqlarını ağacın budağından dərin, sonra isə qurudulmuş halda istifadə edin.
Oynaq daşlaşması müalicəsi üçün çinar yarpağından cövhər necə istifadə olunur?
Çinar yarpaqlarını kölgədə, təmiz bezin üzərində 10-15 gün ərzində qurudun. Selefon üzərində qurutmayın. Bu, yarpağın yaşarmasına, üzərində göbələk və bakteriya əmələ gəlməsinə səbəb olur.
Hazır olan yarpaqları (iki ədəd orta boy yarpaq) soyuq suyun altında yaxşıca yuyun.Yarpaqları yuduqdan sonra əzin və ya hissələrə bölün. Daha sonra bir fincan qaynar suyun üzərinə töküb dəmlənməsi üçün bir dəqiqə gözləyin.
Hazırladığınız bu çayı soyuq halda, hər axşam yeməyindən əvvəl ac qarnına bir stəkan və yatmazdan əvvəl bir stəkan olmaqla, gündə 2 dəfə için. Ancaq çaylar arasında ən az 3 saat vaxt keçməlidir. Ən əsası hər dəfə yenisi hazırlayın. 1 ay ərzində fasiləsiz olaraq içilməlidir.
Ancaq daşlaşma problemi uzun müddət varsa, çayı içdikdən bir neçə gün sonra ağrılar çoxala bilər. Belə bir vəziyyət baş verərsə, 3-4 gün fasilə verin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət