Slimfit
  1. KOSMOS

Çin yeni nəsil fəza gəmisini orbitə göndərdi

Çin yeni nəsil fəza gəmisini orbitə göndərdi
Sakura

Çin yeni nəsil fəza gəmisini orbitə göndərdi

Çinin fəza proqramı çərçivəsində bu gün yeni “Long March 5B” (LM5B; “Yeni yürüş 5B”) ağır raket vasitəsilə yeni nəsil fəza gəmisi orbitə buraxılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,Cənubi Çin dənizindəki Haynan adasında yerləşən Vençanq Fəza Mərkəzindən ölkənin ən güclü daşıyıcı raketi olan 54 metr hündürlükdə, 5 metr diametri olan LM5B raketi vasitəsilə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 14:00) göndərilən fəza gəmisi Çinin gələcək fəza stansiyası üçün hazırlanmış yeni model idarə olunan fəza gəmilərinin sınaq variantıdır. Maye oksigen, maye hidrogen və ağ neft kimi ekoloji baxımdan təmiz yanacaqlarla işləyən raket 849 tondur.

İçərisində yükdaşıma kapsulunun sınaq versiyası da olduğu 9 metr uzunluğu olan fəza gəmisi yeddi nəfər uçuş heyəti üçün nəzərdə tutulub və fəzada iki gün qalaraq bir sıra manevrlər həyata keçirəcək.

Çin Fəza İdarəetmə Agentliyinin (CMSA) verdiyi məlumata görə təqribən 488 saniyədən sonra fəza gəmisi daşıyıcı raketdən ayrılaraq nəzərdə tutulan alçaq orbitə yerləşib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR