Slimfit
  1. DÜNYA

Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq – Strelkov

Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq – Strelkov
Sakura

Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq – Strelkov

Rusiyanın Ukraynadakı mövqeyi acınacaqlıdır. Baxmut və Avdeyevka istiqamətlərində Rusiyanın hücumları uğursuzluqla nəticələnib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov deyib.

"Görünür, rus ordusunun qüvvələri, xeyli tükənib. Avdeyevka yaxınlığında bizim hücumumuz da bataqlığa düşdü, çox ağır itkilərə baxmayaraq, oranı mühasirəyə almaq mümkün olmadı. Ümumiyyətlə, qış hücumumuz tamamilə çökdü. İndi isə kənardan düşmənin gedişini gözləmək lazımdır. Məndən asılı olsaydı Soledar kimi Baxmuta qətiyyən basqın etməzdim. Ümumiyyətlə, bu hücum istiqamətini çıxılmaz nöqtə hesab edirəm”, - o bildirib.

Strelkov vurğulayıb ki, Rusiya bu müharibədə Çinin köməyi olmadan qələbə qazana bilməyəcək:

“Rusiya NATO-ya qarşı müharibə apara bilməz, hətta Ukrayna NATO adına yalnız vuruşsa belə, alyansın silahları ilə vuruşur. Təəssüf ki, Rusiya 30 ildə bütün hərbi-sənaye potensialını itirib. Biz çox silah istehsal edə bilmirik. Bizdə elektronika istehsalı yoxdur. Biz heç özümüz rezin istehsal etmirik. Çinin genişmiqyaslı yardımı olmadan biz bu müharibəni uduzacağıq!”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR