Slimfit
  1. DÜNYA

Çin XİN: "ABŞ siyasətçiləri “Huawei” ilə bağlı şayiələr uydururlar"

Çin XİN: "ABŞ siyasətçiləri “Huawei” ilə bağlı şayiələr uydururlar"
Sakura

Çin XİN: "ABŞ siyasətçiləri “Huawei” ilə bağlı şayiələr uydururlar"

Çin ABŞ dövlət katibi Mayk Pompeonun “Huawei” şirkəti lə bağlı iddialarına münasibət bildirib.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Mayk Pompeonun “Huawei” şirkətinin Çin hökuməti ilə əlaqələri haqqında səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Son zamanlar bəzi ABŞ siyasətçiləri “Huawei” ilə bağlı şayiələr uydururlar, lakin tələb olunduğu halda heç bir sübut təqdim edə bilmirlər", deyə Çin XİN-in sözçüsü Lu Kang deyib.

Xatırladaq ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyi açıqlanıb.

Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib.

İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.

Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR