Slimfit
  1. DÜNYA

Çin xaricdəki diplomatik nümayəndəliklərin sayına görə ABŞ-ı qabaqlayıb

Çin xaricdəki diplomatik nümayəndəliklərin sayına görə ABŞ-ı qabaqlayıb
Sakura

Çin xaricdəki diplomatik nümayəndəliklərin sayına görə ABŞ-ı qabaqlayıb

Çin ilk dəfə xaricdəki diplomatik nümayəndəliklərin sayında ABŞ-ı qabaqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Qlobal Diplomatiya İndeksi" illik hesabatında göstərilib.

Məlumata görə, hazırda Çinin dünyada 276 diplomatik nümayəndəliyi varsa, ABŞ-da bu göstərici 273-dür. Qeyd olunur ki, bu, büdcənin azaldılması və diplomatların karyera uğursuzluqları səbəbindən Prezident Donald Tramp Administrasiyasında ABŞ diplomatiyası üçün "qeyri-müəyyənlik dövrü"nün başlaması ilə yaranan "geosiyasi dəyişikliklər"lə əlaqədardır.

Birləşmiş Ştatlar Sankt-Peterburqdakı baş konsulluğunu bağlamaq məcburiyyətində qalıbsa, Çin, əksinə, Burkina Faso, Dominikan Respublikası, Salvador, Qambiya, San Tome və Prinsipidə səfirliklərini açıb.

Hesabata görə, ilk beşlikdə həmçinin Fransa (267), Yaponiya (247) və Rusiya (242) yer alıb.

Qeyd edək ki, "Qlobal Diplomatiya İndeksi" dünyada nüfuzun göstəricisi hesab olunur, lakin, bu, xaricdəki səfirliklərin səmərəliliyini göstərmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR