Slimfit
  1. İQTİSADİYYAT

Çin və İran məhsullarına qoyulan qadağanın hansı təsirləri olacaq?

Çin və İran məhsullarına qoyulan qadağanın hansı təsirləri olacaq?
Sakura

Çin və İran məhsullarına qoyulan qadağanın hansı təsirləri olacaq?

İqtisadçı ekspert Natiq Cəfərli koronavirus təhlükəsinə görə yaranan vəziyyətin iqtisadi tərəflərini şərh edib. “Qafqazinfo” xəbər verir ki, N. Cəfərli bildirib ki, Azərbaycana 2019-cu ildə idxal 13 mlrd. 667 mln. dollar təşkil edib:

“Çindən təqribən 1,5 mlrd, İrandan isə 500 mln. dollara yaxın mal-məhsul idxal etmişik. İrandan sərhədyanı rayonların əl çantaları ilə daşıdıqları ərzaq, dərman bu statistikaya daxil deyil, amma sərhədyanı rayonlarımızın əhalisinin dolanışığına təsir edən əsas amillərdən biridir. Çin və İrandan ölkəyə əsasən elektrotexnika, paltar, ərzaq, aksessuarlar, tikinti materialları idxal olunur. Dəyər olaraq hər iki ölkədən idxal olunan məhsullar 2 mlrd. dollar olsa da, çeşidi çox və bazar payı yüksəkdir”.

Ekspert qeyd edib ki, koronavirusla bağlı hər iki ölkədən gətirilən məhsullara məhdudiyyət tətbiq edilib: “Virusun nə zaman nəzarət altına alınacağı da məlum deyil, deməli, hər iki ölkədən gətirilən malların bazarda azalmasını, nəticə olaraq da ölkəmizdə ciddi qiymət artımını gözləmək olar.

Koronavirusun ölkəmizə daha bir təsiri isə neft qiymətləri üzərində olur – məmləkət Nigeriyadan da betər neftdən asılıdır, qiymət 50 dollar və daha aşağı düşüb bir neçə ay həmin səviyyədə qalsa, ölkədə devalvasiya, ciddi qiymət artımı, insanların növbəti dəfə kasıblaması baş verəcək. Çünki hökumət son 16 ildə ölkənin neftdən asılılığını azalda bilmədi, faiz olaraq hələ də büdcədə, xarici ticarətdə neftin payı 15-16 il necə idisə, indi də eyni qalıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR