Slimfit
  1. DÜNYA

Çin sədri Uhana getdi

Çin sədri Uhana getdi
Sakura

Çin sədri Uhana getdi

Çin Xalq Respublikasının sədri Si Szinpin bu gün səhər koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinə gedib.

Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 06:00) Uhan şəhərinə çatıb.

Si Szinpin səfər çərçivəsində koronavirusla mübarizədə görülən profilaktik tədbirlərlə tanış olacaq. Bundan başqa, o, tibbi personal, hərbçilər, sosial işçilər, ictimai əsayiş orqanlarının əməkdaşları, könüllülər, pasiyentlər və yerli sakinlərlə görüşəcək.

Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 3 136 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR