Dərc edildi: Baxış sayı: 446
Çin koronavirusla mübarizə üçün Rusiyaya bir qrup həkim göndərdi
Çin hökuməti həkimlərdən ibarət qrupu koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün Rusiyaya göndərib.
“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çao Litsyan məlumat verib.
Qrup ÇXR Dövlət Səhiyyə Komitəsi və sərhəd Heyluntsyan əyalətinin Səhiyyə Komitəsi tərəfindən yaradılıb.
Xatırladaq ki, epidemiyanın başladığı Çin koronavirus üzərində qələbə qazandığını elan edib. Səlahiyyətlilərə görə, ölkədə yalnız 2 min yoluxmuş xəstə qalıb və 83 min xəstədən 3,300-dən çoxu ölüb. Uhan şəhərindən giriş-çıxış 76 gün sonra bərpa olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət