Dərc edildi: Baxış sayı: 440
Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema karyerasını Çin çempionatında davam etdirə bilər.
“Report” “Don Balon”a istinadən xəbər verir ki, adı açıqlanmayan klub 30 yaşlı hücumçu üçün 50 milyon avro ödəməyə hazırdır. Madrid təmsilçisinin də fransalı forvardı satmaqda maraqlı olduğu bildirilir.
Benzema isə gələcək karyerasını Avropa klublarından birində davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Benzema 2009-cu ilin iyununda 35 milyon avroya Fransanın “Lion” klubundan “Real Madrid”ə transfer olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət