Slimfit
  1. DÜNYA

Çin İpək Yolu boyunca yerləşən ölkələrin səhralaşmaya qarşı mübarizəsinə kömək edəcək

Çin İpək Yolu boyunca yerləşən ölkələrin səhralaşmaya qarşı mübarizəsinə kömək edəcək
Sakura

Çin İpək Yolu boyunca yerləşən ölkələrin səhralaşmaya qarşı mübarizəsinə kömək edəcək

Çin səhralaşmaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir və bu məqsədlə “Kəmərlər və yollar” boyunca yerləşən ölkələrin bu sahədə texnologiyalarının və texniki tələbatının siyahısının tərtib edilməsi üzərində çalışır. Bundan əlavə, Mərkəzi Asiya və Afrikanın 8 ölkəsində nəqliyyat arteriyalarının qumdan müdafiə olunması tədbirlərinə təqribən 2 milyon dollar vəsait yatırmağı planlaşdırır.

AZƏRTAC Sinxua agentliyinə xəbər verir ki, bu fikir BMT-nin Səhralaşmaya qarşı Mübarizə haqqında Konvensiyası (BMT SMK) tərəfləri Konfransının Quyyanda (Quyçjou əyaləti, Cənub-Qərbi Çin) keçirilən 13-cü sessiyasının Rəyasət heyətinin ikinci iclasında səslənib.

BMT SMK-nın razılığı olsa, həmin vəsait Çinin “Cənub-Cənub” Əməkdaşlıq Fondundan ayrılacaq. İclasda bildirilib ki, hələlik həmin məsələ ilə bağlı məsləhətləşmələr aparılır.

BMT SMK Katibliyində səhralaşmanı hazırda bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri adlandırıblar. Səhralaşma nəticəsində hər dəqiqə dünyada 23 hektar torpaq sahəsi itirilir və nəticədə hər gün 1,3 milyard ABŞ dollar iqtisadi ziyan dəyir. Katiblik bu problemin həlli üçün bütün ölkələrin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayır.

ÇXR Dövlət Meşə və Çöl Təsərrüfatı İdarəsinin başçısı Çjan Tszyanlun Çinin şimal-şərqində, şimalında və şimal-qərbində qoruyucu xarakterli meşə zolaqlarının yaradılması, Pekin və Tyantszinin məruz qaldığı qum və toz fırtınalarının yaranması mənbələrinin aradan qaldırılması, keçmiş əkin yerlərində meşə və otlaqların bərpası kimi iri ekoloji layihələrin həyata keçirilməsi zamanı ölkənin əldə etdiyi təcrübəyə diqqəti cəlb edib.

Daha əvvəl NASA öz məruzəsində Çin və Hindistanı dünyanın “yaşıllaşdırma” liderləri adlandırıb. NASA-nın məlumatına görə, Çin sayəsində dünyada 25 faizdən çox ağac əkilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR