Slimfit
  1. DÜNYA

Çin internetdə şayələrlə mübarizə sistemini buraxdı

Çin internetdə şayələrlə mübarizə sistemini buraxdı
Sakura

Sistem öz kanalları üzrə təsdiqlənmiş xəbərləri yayımlayacaq.

Reuters xəbər verir ki, Çin hökuməti şəbəkədə şayələrlə mübarizə aparmaq üçün Piyao platformasını buraxıb.

Sistem Mərkəzi partiya məktəbi daxil olmaqla 27 idarənin nəzarəti altında işləyir və özündə Weibo sosial şəbəkəsi və WeChat mesencerindəki hesabları birləşdirir.

Piyao etibarsız məlumatları təkzib etmək üçün 40 çin platformasını inteqrasiya edib, şayələrin axtarışı və identifikasiyası üçün sistem süni intellektdən istifadə edir. Sistem həmçinin öz kanalları üzrə dövlər orqanları və hökumət idarələri KİV-lərindən təsdiqlənmiş xəbərləri yayımlayacaq.

Çində paylaşıma beş mindən çox baxış olubsa və ya 500 dəfədən artıq paylaşılıbla, şayələrin yayılması həbs cəzası ilə cəzalandırıla bilər. Keçən ay ərzində yerli nəzarətçi yalan informasiya barədə 6,7 milyon məlumat əldə edib.

 

Mənbə: Aif.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR