Slimfit
  1. DÜNYA

Çin ilə Honqkonq arasında sürətli dəmir yolu xətti fəaliyyətə başlayıb

Çin ilə Honqkonq arasında sürətli dəmir yolu xətti fəaliyyətə başlayıb
Sakura

Çin ilə Honqkonq arasında sürətli dəmir yolu xətti fəaliyyətə başlayıb

Çinin materik hissəsi ilə Honqkonq Xüsusi İnzibati Ərazisi arasında sürətli dəmir yolu xətti sentyabrın 23-də tam istifadəyə verilib. SİA-nın məlumatına görə, ümumi uzunluğu 141 kilometr olan Quancou-Şencen-Honqkonq dəmir yolu xəttində ilk qatar Şencen şəhərindən Honqkonqa hərəkət edib. Çin Dəmir Yolu Korporasiyası bu xətdən gündə 127 reysin həyata keçməsini planlaşdırır. Buraya Honqkonq ilə Şencen, Quancou, Pekin, Şanxay və Xancou da daxil olmaqla, materik Çinin 44 şəhəri arasında sərnişin daşıyacaq qatarlar daxildir. Sürəti saatda 350 kilometrə çatan qatarlar Honqkonqdan Şencenə ən tezi 14, Quancouya 47 dəqiqəyə, paytaxt Pekinə isə təxminən 9 saata çatacaq. Qeyd edək ki, Çin paytaxtını Honqkonq ilə birləşdirən sürətli dəmir yolu xəttinin tərkib hissəsi olan Quancou-Şencen-Honqkonq layihəsinin inşasına 2005-ci ildə, xəttin Honqkonq ərazisindəki hissəsinin tikintisinə isə 2010-cu ildə başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR