Çin hökuməti də xarici şirkətlərə qarşı özünün qara siyahısını yaratdığını elan etdi
Çinin ticarət nazirliyi “etibarsız təşkilatlar” siyahısının yaradıldığını elan edib. Həmin siyahıya xarici şirkətlər əlavə ediləcək və onların yerli şirkətlərlə əməkdaşlıqları məhdudlaşdırılacaq. Hətta bəzilərinin ümumiyyətli Çin bazarındakı fəaliyyətinə qadağa qoyulacaq. Başqa sözlə desək, bu, ABŞ hökumətinin yaratdığı qara siyahının analoqudur. Bu barədə Techcrunch saytına istinadən 4pda saytı xəbər verib.
“”Etibarsız təşkilatlar” siyahısına bazar qaydalarına riayət etməyən, Çin müəssisələrinə qeyri-kommersiya təchizatını reallaşdırmağı məhdudlaşdıran və Çin müəssisələrinin maraqları ilə qanuni hüquqlarına zərər verən xarici təşkilatlar, müəssisələr və ayrıca şəxslər əlavə olunacaqlar” - deyə Çinin ticarət nazirliyinin təmsilçisi bildirib. Çinin ticarət nazirliyi özünün qara siyahısına hansı şirkətlərin əlavə olunacağı və bu prosesin necə baş verəcəyi barəsində bir məlumat verməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət