Slimfit
  1. KOSMOS

Çin bunu da bacardı: Tarixdə ilk dəfə Ayın görünməyən tərəfinə eniş baş tutdu

Çin bunu da bacardı: Tarixdə ilk dəfə Ayın görünməyən tərəfinə eniş baş tutdu
Sakura

Çin bunu da bacardı: Tarixdə ilk dəfə Ayın görünməyən tərəfinə eniş baş tutdu

Tarixdə ilk dəfə olaraq kosmik aparat Ayın uzaq səthinə eniş edib. Bu barədə məlumatı Çin hökuməti yayıb.

Bizimyol.info BBC-yə istinadən xəbər verir ki, robotlaşdırılmış kosmik qurğu Ayın Yerdən görünməyən tərəfinə enməyi bacarıb.

Bakı vaxtı ilə bu gün səhər saat 6-00 radələrində pilotsuz “Chang’e-4” sınaq aparatı Ayın cənub qütbünə eniş edib.

Aparat ərazinin geoloji quruluşunu tədqiq etmək üçün lazımi alətlərlə təchiz edilib. Çinin dövlət mediası bu enişi “kosmik tədqiqatlarda dönüş nöqtəsi” adlandırıb. Əvvəllər Ayın yalnız Yerdən görünən səthinə enişlər baş tutmuşdu və bu eniş tarixdə bir ilkdir.

Bu vaxta qədər missiya barədə çox az məlumatlar yayımlanırdı. Çin hökuməti məlumatların yayılmasına nəzarət edirdi. Qərb mediası hesab edir ki, bu missiya həddən artıq riskli bir layihə olub.

Çin kosmik tədqiqatlara gec qoşulub. Yalnız 2003-cü ildə Çin ilk dəfə olaraq orbitə öz aparatını göndərmişdi. Sonradan kosmik tədqiqatlarda yarışa girən Çin artıq tarixdə bir ilkə də imza ata bilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR