Dərc edildi: Baxış sayı: 445
Çin Baydenin oğluna 1.5 milyard verib? - Rəsmi
ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlunun Çindən qanunsuz yollarla leqallaşdırılmış pul vəsaiti almasına dair iddialar əsassızdır.
Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan danışıb.
“Sözügedən bəyanatlar tamamilə həqiqətdən kənardır”, - diplomat bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın vəkili Rudolf Culiani Tvitter hesabında ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hanter Baydenin Ukraynadan 3 milyon, Çindən isə 1.5 milyard dollar vəsait əldə etdiyini yazmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət