Slimfit
  1. DÜNYA

Çin alimləri Хаynan adasında yeni ekzotik kərtənkələ tapıblar

Çin alimləri Хаynan adasında yeni ekzotik kərtənkələ tapıblar
Sakura

Çin alimləri Хаynan adasında yeni ekzotik kərtənkələ tapıblar

Alimlər Хаynan (Cənubi Çin) adasında gekkonlar növünə aid olan yeni kərtənkələ - ekzotik Sərqi-Asiya euyblefarı aşkar ediblər. Bu barədə “Sinxua” agentliyi cümə günü məlumat yayıb.

Heyvan adanın mərkəzi hissəsində dəniz səviyyəsindən 200-300 metr yüksəklikdə meşə ilə örtülü ərazidə tapılıb. Uzunluğu 93-97 millimetrə çatan heyvanın qəhvəyi və qırmızıya çalan dərisində iri qara ləkələr mövcuddur. Yeni növ “Zhoushi Jianhu” adlandırılıb ki, bu da tərcümədə "Çjou sülaləsindən euyblefar" deməkdir.

Dünyada cəmi 17 növdə Şərqi-Asiya euyblefarı mövcuddur. Bu yaxınlara qədər belə hesab edilirdi ki, bunlardan yalnız ikisi (Goniurosaurus hainanensis və Goniurosaurus bawanglingensis) Хаynan adasında yaşayır.

Mənbə: Azərtac.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR