Dərc edildi: Baxış sayı: 519
Çin ABŞ tərəfindən rüsum tətbiqini cavabsız qoymayacaq
Çin hökuməti ABŞ tərəfindən 300 milyard dollarlıq mallarına rüsum tətbiqinə qarşı cavab tədbirlər görmək məcburiyyətindədir.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tarif Komitəsi bildirib.
“ABŞ-ın bu kimi addımları iki ölkə başçılarının Argentinada və Osakada əldə etdikləri razılaşmaları pozmaqla mübahisələri həll etməyin doğru yoluna ziddir”, – deyə bəyanatda vurğulanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət