Slimfit
  1. DÜNYA

Çin ABŞ-ı izləmək üçün Kubadakı bazasından istifadə edir

Çin ABŞ-ı izləmək üçün Kubadakı bazasından istifadə edir
Sakura

Çin ABŞ-ı izləmək üçün Kubadakı bazasından istifadə edir

Çin tərəfi ABŞ haqqında kəşfiyyat məlumatları toplamaq üçün Kubadakı bazasından istifadə edir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  belə bir iddia ilə “Politico” qəzeti çıxış edib.

Qəzet ABŞ rəsmisinə istinadən iddia edir ki, Çin Kubadakı bazadan ABŞ-ı izləyir.

Amerika rəsmisi bildirib ki, Vaşinqton bu vəziyyətdən narahatdır və buna qarşı tədbirlər görür: “Bu, bizim administrasiyaya miras qalmış problemdir”.

Onun sözlərinə görə, Çin hələ ABŞ-ın hazırkı prezidenti Cozef Bayden hakimiyyətə gəlməmişdən əvvəl bu bazadan məlumat toplamaq üçün istifadə etməyə başlayıb.

“Hazırkı administrasiya 2021-ci ilin yanvarında fəaliyyətə başlayanda, biz Çin tərəfindən xaricdəki logistikanı genişləndirmək, hərbi gücü daha böyük məsafədə layihələndirmək, bazalardan kəşfiyyat məlumat toplama infrastrukturundan istifadə etmək üçün bir sıra gizli addımlar barədə məlumat aldıq.

Bura Çin kəşfiyyatının Kubada olması da daxildir. Əslində, Çin 2019-cu ildə Kubadakı kəşfiyyat məlumatlarının toplanması obyektlərini təkmilləşdirib. Bu, kəşfiyyat hesabatlarında tam şəkildə sənədləşdirilib”.

Amerika rəsmisi bildirib ki, Bayden əvvəllər administrasiya rəsmilərinə məsələni Çin hakimiyyəti ilə müzakirə etməyi tapşırıb:

“Biz bunu bir neçə aydır etdik. Bu, müəyyən nəticələrə gətirib çıxardı. Mütəxəssislərimizin fikrincə, diplomatiya sahəsində səylərimiz ÇXR-i ləngidib”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR