Dərc edildi: Baxış sayı: 437
Çin ABŞ-a yardım göndərdi: Tramp tənqid edildi
Çin ABŞ-a yeni tip koronavirus pandemiyası (COVİD-19) ilə mübarizə üçün tibbi ləvazimatlar göndərib.
Axar.az xəbər verir ki, ləvazimatları gətirən təyyarənin artıq Nyu Yorka endiyi açıqlanıb.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın koronanı “Çin virusu” adlandırdıqdan sonra Pekindən tibbi ləvazimat istəməsi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Çin ABŞ-a 130 min N 95 maskası, 1,8 milyon əməliyyat maskası, 70 min termometr və 10 milyondan artıq tibbi əlcək göndərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət