Çimərliklərin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
"Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək, koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
"Böyük kütlə bir yerə gələndə yoluxma riski qat-qat artır. Mən 3 əsas riski deyə bilərəm. Birincisi, çimərliklərdə məsafə saxlamaq çətindir. İkincisi, insanlar orda su və yemək alırlar, bu da risk yaradır. Üçüncüsü, çimərliklərə Bakının müxtəlif yerlərindən gəlirlər, bu da riskin bir rayondan başqa rayona ötürülməsi riski deməkdir. Amma bunu müəyyən şəkildə təşkil edə bilsək, vətəndaşlarımıza bir hədiyyə olar. Bu istiqamətdə də iş başlanılıb, yəqin ki, avqustun 5-nə qədər çatdıra bilməyəcəyik, amma o tarixdən sonra əmin olsaq ki, bu qaydaları təhlükəsiz formada tətbiq edə bilərik, o halda nəzərə alacağıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət