Çimərliklərə süni intellekt vasitəsilə nəzarət olunacaq
İspaniyada istirahət etmək istəyən insanları COVID-19 virusundan qorumaq məqsədilə süni intellektdən istifadə olunacaq.
Bu barədə “Daily Mail” xəbər verib.
Agentliyin məlumatına görə, Malaqa şəhərinin çimərliklərində sosial məsafəni təmin etmək üçün xüsusi tənzimləyici sensorlar quraşdırılacaq.
Fənər sütunlarına bərkidilən sensorlar istirahət edənlərin sayını izləyəcək, çimərliyə gəlmək istəyən insanları ərazinin nə qədər yüklənmiş olduğu haqda məlumatlandıracaq.
İnteraktiv xəritə işıqfor sisteminə uyğun hazırlanıb: yaşıl rəng komfort ərazini, narıncı rəng ərazinin 75 faiz dolu olduğunu, qırmızı rəng isə istirahət üçün yer olmadığını göstərəcək.
Beləliklə, cihaz daim əraziyə daxil olan və çıxan insanların sayını nəzarətdə saxlayacaq.
Sistemi yaradan şirkətin direktoru Karlos Moreno qeyd edib ki, sensorlar sonradan insanların toplandığı digər yerlərdə, məsələn, ticarət mərkəzlərində və ya əyləncə, idman tədbirlərinin keçirildiyi məkanlarda istifadə edilə bilər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət