Slimfit
  1. CƏMİYYƏT

Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Sakura

Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

"Report" xəbər verir ki, idarənin direktoru Ərəstun Həsənov analizlərin nəticələrinin bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eyni olduğunu deyib. 

O bildirib ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib: “Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir".

Ə.Həsənovun sözlərinə görə, hər həftə ETSN-in mütəxəssisləri çimərliklərdə monitorinqlər keçirəcək, dəniz suyundan nümunələr götürəcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR