Slimfit
  1. TARİX

Çilidə Amerikanın ən qədim insan izi tapıldı

Çilidə Amerikanın ən qədim insan izi tapıldı
Sakura

Çilidə Amerikanın ən qədim insan izi tapıldı

Çilinin cənubunda 15.6 min il əvvələ aid insan izləri kəşf edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Teletrece” kanalı xəbər yayıb.

Cənub universitetinin bir qrup alimi 2011-ci ildə Osorno şəhərinin rayonlarındakı arxeoloji qazıntılar zamanı bu kəşfə imza atıblar.

Bir neçə il sonra isə məlum olub ki, izlər Pleystosen epoxası dövrünə aiddir. Pleystosen Dördüncü dövrün başlanğıc epoxasıdır və 2.58 milyon il əvvəldən 11.7 min il əvvələ – Holosenə qədər olan dövrü əhatə edir.

Arxeoloq Karen Morenonun sözlərinə əsasən, Amerikada digər insan izləri də mövcuddur. Amma bu, böyük yaşı olan yeganə kəşfdir. Alimlər kəşfin yaşını qazıntı zamanı yerdən çıxarılan orqanik bitki materialı əsasında müəyyən ediblər. Eyni qatlarda arxeoloqlar daşdan hazırlanmış əmək alətləri də tapıblar. Alimlərin fikrinə əsasən, bu əmək alətləri Cənubi Amerikada yuxarıda göstərilən dövrdə insanların yaşamasını sübut edən əlavə faktordur.

 

Bir müddət əvvəl Çili arxeoloqları yaşı 14.6 min il olan insan izinə rast gəlmişdilər. Elm dünyasında isə qitədə insanların məskunlaşmasına dair mübahisələr gedirdi.

Qeyd edək ki, hazırda ən qədim insan izi Tanzaniyada tapılıb. Bu izin 3.5 milyon il yaşı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR