Alimlər çili bibərinin gözlənilməz faydalı xüsusiyyətini aşkar ediblər
Məlum olub ki, acı bibər təkcə maddələr mübadiləsi üçün faydalı deyil, həm də insanın ürəyini xəstəliklərdən qoruyaraq ömrünü xeyli uzada bilər.
Ens.az xəbər verir ki, Italiyada yerləşən Aralıq dənizi Neyro tibb İnstitutu alimlərinin son araşdırmalarından biri göstərir ki, adi kəskin acı bibər ürək-damar sistemi xəstəliklərindən vaxtından əvvəl ölüm riskini 23% azaldır.
İtalyalı alimlər səkkiz il ərzındə 22 mindən çox insanın üzərində müşahidə etdilər. Italiya mətbuatının yazdığına görə Çili bibərini həftədə ən az dörd dəfə yeyənlər infarktdan daha az əziyyət çəkir. Belə ki, bibər sevənlər arasında xəstələrin sayı 40% az olub.
Bundan əlavə, bu kəskin ədviyyat beyini qan dövranı çatışmazlığından qoruyur. Üstəlik, insanların hansı qidanı qəbul etməsindən asılı olmayaraq bədənə müsbət təsir göstərir.
Tədqiqatçıların fikrincə, istiotdakı kapsaisin maddəsi özünəməxsus təsir göstərir. Bu alkaloid maddələr mübadiləsini aktivləşdirmək və qorumaqdan əlavə, bədxassəli şişlərin inkişafına mane olur
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət