Slimfit
  1. TEXNOLOGİYA

“Chrome” brauzerində genişlənmələrə olan tələblər sərtləşdiriləcək

“Chrome” brauzerində genişlənmələrə olan tələblər sərtləşdiriləcək
Sakura

ABŞ-ın “Google” korporasiyası “Chrome” brauzerində genişlənmələrə olan tələbləri sərtləşdirib

ABŞ-ın “Google” korporasiyası “Chrome” brauzerində genişlənmələrə olan tələbləri sərtləşdirib.
 
"Biz yaxın vaxtlarda çoxaxınlı freymlər (OOPIF) texnologiyasını işə salaraq və kənar saytlardan genişlənmələrin quraşdırılmasından imtina edərək brauzer üçün genişlənmələrdə təhlükəsizliyin yüksəldilməsi ilə bağlı bir sıra addımlar atmışıq, həmçinin zərərli genişlənmələri aşkar etmək və bloklamaq üzrə xeyli təcrübə toplamışıq. İndi “Chrome” üçün genişlənmələrin işində daha fundamental dəyişikliklər həyata keçiririk" – məlumatda deyilir.
 
ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, indi istifadəçilər genişlənmələrin məlumata girişini məhdudlaşdırmaq imkanına malik olacaq. İstifadəçi genişlənmənin internetdə konkret səhifəyə girişi üçün icazəni təsdiq etməli olacaq.
 
Dəyişikliklər brauzerin oktyabr-dekabr aylarında təqdim ediləcək yeni 70-ci versiyasında başlanğıc ayar kimi işləyəcək.
 
“Google Chrome” brauzeri “Google” şirkətinin pulsuz proqram təminatıdır, müxtəlif əməliyyat sistemlərini dəstəkləyir. 2008-ci ildə ictimaiyyətə təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR