“CHP-ni idarə etmək Türkiyəni idarə etməkdən daha çətindir” -Kılıçdaroğlu
CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlu CHP haqqında danışıb.
Redaktor.az xəbər verir ki, Kılıçdaroğlu bununla bağlı “BaBala TV” yutub kanalında yayımlanan “Mevzular Açık Mikrofon” layihəsində çıxışında qeyd edib.
“CHP bildiyiniz adi partiyalardan deyil. CHP-ni idarə etmək, Türkiyəni idarə etməkdən daha çətindir. CHP-də hər kəs öz fikrini çox sərbəst ifadə edir. CHP-də kimsəyə deyə bilmərik ki, belə danışır, belə dayanar. İclaslarımızda ayağa qalxıb bir çox şeyi o cümlədən sədri dı ənqid edirlər. Partiya dünyada tanınan ən yaşlı partiyalardan biridir. Düşüncələr asanlıqla ifadə olunur. Mənə ünvanlanan tənqidlər olsa belə sonuna kimi vaxt verirəm ki, danışsınlar. Bu, bizim dünyaya baxışımızdır. CHP-nin yüzillik ənənəsi var, tənqidə hörmətlə yanaşır”,-deyə Kamal Kılıçdaroğlu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət