Slimfit
  1. İQTİSADİYYAT

“Chevrolet”, “Melissa Group” və “Collizione”də koronovirusla mübarizəyə dəstək oldu

“Chevrolet”, “Melissa Group” və “Collizione”də koronovirusla mübarizəyə dəstək oldu
Sakura

“Chevrolet”, “Melissa Group” və “Collizione”də koronovirusla mübarizəyə dəstək oldu

Yeni koronovirus COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Chevrolet”, “Melissa Group” və “Collizione” şirkətləri tərəfindən 100 000 AZN məbləğində dəstək göstərilib. 

Qeyd edək ki, “Melissa Group” şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib və Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməzdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib.

1997-ci ildən etibarən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dileri “PerformanceCenter” şirkətidir.

“CollezioneItalia” şirkəti 10 ildən artıqdır ki, ev üçün elit ləvazimatlar seqmentində lider yerlərdən birini tutur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR