Slimfit
  1. MARAQLI

“Chanel”in qurucusu haqqında şok faktlar ortaya çıxdı

“Chanel”in qurucusu haqqında şok faktlar ortaya çıxdı
Sakura

“Chanel”in qurucusu haqqında şok faktlar ortaya çıxdı

Fransız moda markası “Chanel” bu gün dünyanın ən vacib lüks markaları arasında yer alır. Ancaq markanın qurucusu olan Qabrielle “Coco” Chanel brendini dünyanın ən seçilən markaları arasına daxil etmək üçün vaxtında olduqca qaranlıq işlərə bulaşıb.

Yazıçı Matt McNabb “Markaların gizli keçmişi: Bildiyimiz və sevdiyimiz markaların qaranlıq və əyri kökləri” adlı kitabında, Coco Chanelin biznes dünyasındakı uğuru naminə nasistlər ilə necə yaxın əlaqələr qurduğunu, hətta necə nasist casusuna çevrildiyindən bəhs edib. Məşhur fransız moda dizayneri Qabrielle “Coco” Chanel sadəcə məqsədli iş qadını deyil, eyni zamanda çox pis və qorxunc şəxsiyyət, nasist pərəstişkarı, hətta yuxarıda qeyd etdiyimiz kimi nasist casusu olub.

Onun bu qədər məqsədli olmasına səbəb isə, həyata təvazökar başlanğıc etməsindən qaynaqlanır. Xeyriyyə xəstəxanasında dünyaya gələn Chanelin anası yoxsullar evində paltaryuyan, atası isə küçə satıcısı olub. Gabrielle “Coco” Chanel 12 yaşında anasını itirib. Bu hadisədən sonra o, atası tərəfindən yetimxanaya göndərilir. Chanel 18 yaşına qədər burada yaşayır. O, yetimxandakı rahibələrindən dərziliyi öyrənir və bu onun taleyini dəyişir. Çünki Fransada evli olmayan qadın daha çox pul qazana bilərdi. Elə Chanel bu səbəbdən subay qalır və Fransız gecə klublarının birində müğənnilik edir. Gecə klubunda o “Coco” ləqəbindən istifadə edir.

Yazıçı McNabb, “Coca Chanel”in həyatı haqqında çoxusu Coconun özü tərəfindən yayılmış olan bir çox yanlış informasiya var”, - deyir. Birincisi, Coco, cinsəl olaraq utanğac deyildi və çox sayda sevgilisi var idi. Fransanın kübar cəmiyyətinin parlaq simalarından biri olan Etienne Balsanın qadınlarından biri olub.

Coco, öz moda imperatorluğunu yaratmaq üçün əlaqələrinin maliyyə faydalarından istifadə etdi. 1940-cı ilin mayında Alman silahlı qüvvələri Fransaya daxil olduğunda, Fransa atəşkəs müqaviləsi imzaladı. Atəşkəs haqqında razılaşmaya görə, Paris və Fransanın şimal hissəsi, nasistlər tərəfindən ələ keçirildi. Daha sonra isə nasistlər tərəfindən oyuncaq bir hökumət və yəhudilərə qarşı olan “Vichy rejimi” adlı idarəetmə sistemi yaradıldı. Nasistlər təxminən 15 000 yəhudini toplayır və onları stadionda yerləşdirir. Yəhudilərə bir həftə yemək və su vermədən, stadionda gözlətdirirlər. Həmin yəhudilərin gedəcəkləri yer Auschwitz düşərgəsi idi.

Beləliklə, Coco Chanelin əlinə yəhudilərin sahib olduğu bizneslərə nasist müdaxiləsini öz xeyrinə istifadə etmək fürsəti keçmişdi. Coco, “Chanel No. 5” məhsulunun müştəri kateqoriyasını zənginləşdirmək istəyirdi. O, maliyyə dəstəyi almaq üçün Wertheimers ailəsi ilə əlaqələr qurur və onlar ilə müqavilə imzalayır. Müqavilənin nəticəsində şirkətin 70% səhmi Wertheimers ailəsinə, 20% səhmi brokerə, 10% səhmi isə lisenziyalaşdırmaq üçün Chanelə verilmişdi. Buna görə, Coco Chanel nasistlərə məktub yazır. Chanel Parfümlərinin bütün mülkiyyətini tələb edir.

 

Həmin vaxt Coco Chanel “Hotel Ritz”də lüks içində yaşayırdı. İddialara görə, 1933-cü ildə Parisdəki Almaniya Səfirliyinə xüsusi təyinatla göndərilən Baron Hans Gunther von Dincklage ilə birlikdə yaşayırdı. Parisdə insanlar aclıq və səfalət içində idilər. “Coco”nun bu əlaqəsi isə ona “Hotel Ritz”də müdafiə olunmuş şəkildə yaşamasına imkan verirdi. Son vaxtlar gizliliyi aradan götürülən Fransız kəşfiyyat sənədləri, onun sadəcə nasistlər ilə olan əlaqəsini deyil, eyni zamanda necə bir nasist casusuna çevrildiyini və onun üçün hazırlanmış “xüsusi gizli tapşırığı” da detallı şəkildə izah edir. Coco Chanel nasist casusu idi və kod adı isə “Westminster” idi.

Bu ad onun keçmiş sevgilisi Westminster Dükü ilə bağlı idi. Fransa Müdafiə Nazirliyinin arxivlərindəki məlumatlara görə, Chanelin agent nömrəsi F-7124 idi. Hətta deyilənlərə görə, özünün naistlər adına həyata keçirdiyi tapşırıqlardan biri casusları işə alarkən fəaliyyətlərini gizlətməyə kömək etməsi üçün nasist sui-qəsdçi və fransız vətən xaini Baron Louis de Vaufreland ilə səyahət etmək olub.

 

Mənbə: Facemark.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR