Slimfit
  1. MEDİA

Cəza-icra siyasəti sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir

Cəza-icra siyasəti sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir
Sakura

Cəza-icra siyasəti sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir

Ümümi şəkildə dövlət siyasəti dedikdə, sosial qruplar başa düşülür.

Onun mahiyyəti dövlət fəaliyyətinin formalarının, vəzifələrinin və məzmununun müəyyən edilməsini bildirir.

Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin 1-ci hissəsində qeyd edilir ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafisi və layiqli həyat səviyyəsi qayğısına qalır" Bununla əlaqədar dövlətn tərəfindən xarici və daxili siyasət həyata keçirilir. Cinayətkarlıqla mübarizə sahəsində siyasət də dövlətin daxili siyasətinin, onun sosial siyasətinin tərkib hissəsidir.

10 fevral 2017-ci il tarixli Sərəncam isə hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoymuşdur.

Sərəncamın məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqidir.

Möhtərəm Prezidentimizin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətinin növbəti təzahürü olan və proqram xarakteri daşıyan bu Sərəncam, eyni zamanda, strateji hədəfləri müəyyən etməklə məhkəmə, ədliyyə, prokurorluq və istintaq orqanları üçün bir "yol xəritəsi"dir.

 Cinayətkarlığa qarşı mübarizə sahəsində siyasət cinayətkarlığın xəbərdarlığı və profelaktikası sahəsində siyasətin, cinayətin siyasətinin və cəza-icra siyasətinin realizə edilməsi ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, strategiya, məqsəd və prinsiplər baxımından vahid olan fəaliyyətinin ayrı-ayrı istiqamətləri bir-biri ilə sıx bağlıdır. 

 Cəza  -icra siyasəti cəzanın təmin edilməsi, məhkumların islah edilməsi, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayət əməllərinin törədilməsinin xəbərdarlığı üzrə dövlət fəaliyyətinin məqsədlərini, prinsiplərini forma və metodlarını müəyyən edir.

Cəza-icra siyasəti dinamikdir. O, bir sıra amillərin təsiri nəticəsində dəyişir. Belə amillərə cəmiyyətin sosial-iqtisadi vəziyyətini, cinayətkarlığın göstəricilərini, cəzaların icrası və məhkumlarla davranış sahəsində beynəlxalq əməkdaşlığın nəticələrini, elmin inkişaf səviyyəsini aid etmək olar. Misal üçün, cinayətkarlığın səviyyəsinin artması məhkumların  sayının artmasına səbəb olur ki, 

bu da cəzanı icra edən müəssisələrin fəaliyyətinə təsir göstərməyə bilməz. Cinayətkarlığın ayrı-ayrı növlərinin artımı məhkumların sosial-demoqrafik və digər xarakteristikasına da təsdir göstərir. Bu isə, cəzanın icrası sahəsində fəaliyyətin istiqamətlərinin dəyişdirilməsini təkləb edir.

Cinayət cəzalarının icrası sahəsində fəaliyyət dövlət tərəfindən müəyyən edilmiş istiqamətləri müxtəlif formalarda həyata keçirilir. Belə formalardan daha vacibi bu fəaliyyətin məqsədlərinin,prinsiplərinin,  forma və metodlarının, habelə onun subyektlərinin qanunvericilikdə təsbit edilməsi və tənzimlənməsidir. Beləliklə, cəzaların icrası qanunvericiliyi həyata keçirilən cəza-icra siyasətini əks etdirir. Cəzaların icrası qanunvericiliyindəki dəyişiklər cəza-icra siyasətindəki dəyişiklərlə şərtlənir. 

Qanunvericiliklə yanaşı cəza-icra siyasəti, cinayət cəzalarını icra edən müəssisə və orqanların fəaliyyəti vasitəsi ilə həyata keçirilir.

 

Ədliyyə nazirliyi penitensiar xidmetinin emekdasi, hüquqşunas, doktorant: Sərxan Sadixov

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR