Ceyhun Hüseynov RGUDMŞ İdarə heyətinin üzvü seçilib
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) məsul katibi Ceyhun Hüseynov Rusiya Gənclər və Uşaq Dərnəkləri Milli Şurasının (RGUDMŞ) idarə heyətinin üzvü seçilib.
Ens.az xəbər verir ki,bu barədə “Report”un Rusiya bürosuna Şuranın Mətbuat xidmətindən məlumat verilib.
Qərar Şuranın sentyabrın 18-də Moskvada hibrid formatda (onlayn və oflayn) keçirilmiş növbəti hesabat-seçki konfransında qəbul edilib.
Konfransda ümumrusiya, regionlararası və regional gənclər ictimai birliklərinin 50-dən çox rəhbəri - Milli Şuraya üzv təşkilatların rəhbərləri, xarici və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri - Milli Şuranın tərəfdaşları, dövlət orqanlarının təmsilçiləri, eləcə də gənclər siyasəti sahəsində mütəxəssislər iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət