Dərc edildi: Baxış sayı: 723
Ceyhun Bayramov XİN-ə üç yeni rəis təyin etdi
Xarici İşlər Nazirliyində kadr təyinatı olub.
Ens.az xəbər verir ki, nazir Ceyhun Bayramovun əmrinə əsasən, Şahin Bəbir oğlu İsgəndərov nazirliyin İşlər İdarəsinin rəisi, Roman Ağamalı oğlu Məmmədov Kadrlar İdarəsinin rəisi, Elnur Məmmədov isə Ümumi Katibliyin rəisi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, Ş.İskəndərov bundan öncə Bakı Şəhər Təhsil İdarəsində Təchizat və Təminat şöbəsinin müdiri, R.Məmmədov idarənin müdir müavini, Elnur Məmmədov isə Təhsil nazirinin müşaviri vəzifələrində çalışıblar.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva Lent.az-a təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət