Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Ceyhun Bayramov Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirib

Ceyhun Bayramov Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirib
Sakura

Ceyhun Bayramov Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirib

21 may 2020 il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovla baş tutan online konfransda müzakirə edilən məsələlər barədə ATGTİ-nin 23 may 2020-ci il tarixində keçirilmiş geniş formatda video iclasında ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının sədrlərinə ətraflı məlumat verilmişdir. 

İclasda koronovirus pandemiyası dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə Təhsil nazirinin qeyd etdiyi məlumatlar paylaşılmış, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün e-telebe.edu.az elektron portalının istifadəsi, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklərə dair məsələlər müzakirə olunmuşdur. 

Daha sonra TGT sədrlərini maraqlandıran suallar cavablandırılmış, şərh və təkliflər qeydə alınmışdır. Tələbələrin iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün TGT-lər tərəfindən sorğuların davamlı şəkildə keçiriləcəyi bildirilmişdir. Sorğuların nəticələrinə əsasən tələbələri narahat edən məsələlər operativ şəkildə aidiyyəti üzrə rəsmi qurumlara təqdim olunacaqdır.

Həmçinin, Təhsil Nazirliyinin məsul nümayəndələri ilə gələcəkdə də mütəmadi görüşlərin keçiriləcəyinin faydalı olacağı qeyd olunmuşdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR