Dərc edildi: Baxış sayı: 521
Ceyhun Bayramov: 'Məktəblərdə bayram tətili Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq'
"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar qeyri-iş günlərinin yerinin dəyişdirilməsinə görə ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir xatırladıb ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib: "Yanvarın 6-sı da daxil olmaqla ölkədə qeyri-iş günləri olacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət