Slimfit
  1. AZƏRBAYCAN

Ceyhun Bayramov: "Bu il icma əsaslı təhsil növündə 2000 uşaq təhsil alacaq"

Ceyhun Bayramov: "Bu il icma əsaslı təhsil növündə 2000 uşaq təhsil alacaq"
Sakura

Ceyhun Bayramov: "Bu il icma əsaslı təhsil növündə 2000 uşaq təhsil alacaq"

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, ali məktəblərin rektorları, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

C.Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə dünyanın 12 ölkəsindən 135 iştirakçı qatılıb. 

Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.

O həmçinin vurğulayıb ki, 4 il bundan əvvəl ölkədə məktəbəhazırlıq səviyyəsi 25 faiz idi: "Ötən tədris ilində bu göstərici 65 faizə, bu il isə 75 faizə çatıb. Bundan başqa, ötən il yaşayış məntəqələrində fəaliyyətə başlayan 50 icma əsaslı təhsil növündə olan 3-5 yaş arası uşaqların sayı 1000 nəfər idisə, bu il xarici təşkilatların dəstəyi ilə 100 yaşayış məntəqəsində 2000 nəfər uşaq təhsil ala biləcək".

C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiqləməsindən ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib: "Son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib".

“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Sərginin baş sponsoru "Kapital Bank”dır. Sərgi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə "Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR