Slimfit
  1. SİYASƏT

Ceyhun Bayramov Azərbaycanın radikal ermənilərin əməllərindən əziyyət çəkən ölkələrdəki səfirləri ilə müzakirələr aparıb

Ceyhun Bayramov Azərbaycanın radikal ermənilərin əməllərindən əziyyət çəkən ölkələrdəki səfirləri ilə müzakirələr aparıb
Sakura

Ceyhun Bayramov Azərbaycanın radikal ermənilərin əməllərindən əziyyət çəkən ölkələrdəki səfirləri ilə müzakirələr aparıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video-konfrans formatında görüş keçirib.

Ens.az xəbər verir ki, XİN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.

Video-konfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd etdi. Nazir, xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verdi. Dövlətimizin hər zaman olduğu kimi soydaşlarımızın yanında olduğu vurğulandı və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımı yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verildi. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğuladı.

AR Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H. Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə AR Prezidentinin və Birinci Vitse-prezidentin nəzarəti altında olduğunu qeyd etdi. Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirildi. AR Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H. Hacıyev, bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğuladı. Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.

Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat verdilər; video-konfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi video-konfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd etdi. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olunmuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırıldı.

23:49

“Diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın radikal erməni qüvvələrinin təcavüzkar hərəkətlərindən əziyyət çəkdikləri ölkələrdəki Azərbaycanın səfirləri ilə müzakirələr aparıldı”. 

APA xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov tvitter səhifəsində yazıb.

Nazir Prezidentin köməkçisi Hikmət Hacıyevə və Diaspor Komitəsinin sədri Fuad Muradova görüşdə iştirak etdiyinə görə təşəkkürünü ifadə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR