Dərc edildi: Baxış sayı: 519
Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib
COVID-19 pandemiyasına görə Çexiya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.
APA-nın Çexiya mətbuatına istinadən verdiyi xəbərə görə, Baş Nazir Andrej Babis bildirib ki, 15 ölkədən gələn səyahətçilər üçün ölkə sərhədləri bağlanıb.
Onun sözlərinə görə, bu məhdudiyyət ilkin olaraq 30 gün davam edəcək.
Çexiya vətəndaşlarının Böyük Britaniya, İtaliya, İspaniya, Norveç, Hollandiya, Belçika, Danimarka, Fransa, Avstriya, Almaniya, Çin, Cənubi Koreya və İrana səfər etməsi də qadağan olunub.
Qeyd edək ki, indiyədək Çexiyada 96 nəfərin yeni koronavirusa yoluxduğu təsdiqlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət